Türkiyənin "Fənərbağça" klubu Moskva "Spartak"ının yunan yarımmüdafiəçi Dimitris Pelkasa görə ünvanladığı təklifi geri çevirib.
Fanat.Az "Krampon Sports"a istinadən xəbər verir ki, Rusiya klubu 27 yaşlı Pelkası 8,5 milyon avro qarşılığında heyətinə qatmaq istəsə də, İstanbul nəhəngi bu məbləğə razılaşmayıb.
Mənbə "sarı bülbüllər"in 2015-ci ildən Yunanıstan millisinə çağırılan futbolçunu 13 milyon avrodan aşağı qiymətə satmağa hazırlaşmadığını vurğulayıb.
Superliqa təmsilçisiylə olan müqaviləsinin müddəti 2023-cü ilin sonunda başa çatacaq Pelkas ötən mövsüm "Fənərbağça" formasıyla ümumilikdə 42 oyuna çıxıb. Bu matçlarda 10 qol vuran futbolçu 8 məhsuldar ötürmə ilə də yadda qalıb.
Yarımmüdafiəçinin xidmətində "Spartak"la yanaşı, Kazan "Rubin"i, Mönhenqladbax "Borussiya"sı, "Bolonya" və "Lion" da maraqlıdır.
Nihat