PSJ-nin yeni transferi Lionel Messi Kilian Mbappe və Neymarla birgə oynayacağından məmnun olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, Goal.com superulduzun söylədiklərini belə çatdırıb:
"Neymar və Mbappe ilə birgə oynayacağım üçün çox məmnunam. Dünyanın ən yaxşı futbolçularıyla bir arada olmaq əla hissdir. Neymarla bir-birimizi yaxşı tanıyırıq. Ümid edirəm ki, daha güclü olacağıq".
Qeyd edək ki, Messi PSj ilə münasibətləri dünən rəsmiləşdirib. Cənubi amerikalı 2+1 illik anlaşmaya imza atıb.
Nihat