FIFA 2021-ci ilin yayında keçirilməli olan Klublararası dünya çempionatını təxirə salıb.
Fanat.Az xəbər verir ki, FIFA prezidenti Canni İnfantino qurumun qitə futbol birliklərinin tələblərini qəbul etdiyini və KDÇ-nin təqvimdəki yerini boşaltmaq qərarına gəldiklərini bildirib.
Turnirin nə zaman keçiriləcəyi ilə bağlı qərar daha sonra veriləcək.
Yeni formatın tətbiq olunacağı Klublararası dünya çempionatı 2021-ci il, 17 iyun - 4 iyul tarixlərinə təyin olunmuşdu.
Fanat.Az