"Milan" və "Real"ın sabiq oyunçusu Kaka Lionel Messi və Kriştianu Ronaldu arasında seçim edib.
Fanat.Az xəbər verir ki,FIFA-nın instaqram hesabının canlı yayımında sualları cavablandıran Kaka, ikili arasında Messiyə üstünlük verib:
"Mən Kriştianu ilə oynamışam, o, inanılmazdı, amma Messini seçərdim. Leo dahidi, saf istedaddı. Onun oyunu heyrətamizdi.
Kriştianu maşındı. Təkcə fiziki güc və sürəti baxımından demirəm, o, mental olaraq da çox güclüdü. Ronaldu həmişə qələbə qazanmaq və ən yaxşı olmaq istəyir. Məncə, bu, onun sahib olduğu ən inanılmaz özəllikdi.
Məncə, onların hər ikisi mütləq dünya idman tarixinin ən yaxşı 5 idmançısı sırasında olacaqlar. Nə yaxşı ki, Messi və Ronaldunun oyununu izləmək şansımız var".
Fanat.Az