Moskva "Lokomotiv"ində gərginlik yaranıb.
Fanat.Az xəbər verir ki, buna klub rəhbərliyinin koronavirus pandemiyası səbəbindən futbolçuların maaşlarını 40 faiz azaltmaq istəyi səbəb olub.
Bəzi futbolçular qərarın əleyhinə çıxıb və rəhbərliyə sərt etiraz ediblər. Maaşının azaldılmasına razı olmayanlardan biri də Cefferson Farfandı.
Futbolçu mətbuata açıqlamasında klub rəhbərliyinin onu aldatmaq istədiyini bildirib. O, fikrini qeyri-adi tərzdə ifadə edib: "Puluma toxunmayın, istədiyinizi edin! Mənə rus dilində nəsə yazılmış kağız göndərdilər. Heç bir şey anlamadım və vərəqi cırdım. Klubdakılar rəsmən məni zorlamaq istədilər!"
Fanat.Az