"Liverpul" PSJ-nin hücumçusu Kilian Mbappe uğrunda mübarizəyə qoşula bilər.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, Sadio Mane növbəti "transfer pəncərəsi"ndə "Real"a keçəcəyi təqdirdə "Liverpul" diqqətini Mbappeyə yönəldəcək. Seneqallı futbolçu "Real"ın hədəfindədi.
Madrid klubu Mane ilə yanaşı, Mbappenin transferində də maraqlıdı. "Real"ın 2021-ci ilin yayında fransız forvarda görə qarşı tərəfə rekord məbləğ təklif edəcəyi gözlənilir. Bu baxımdan "Liverpul"un işi çətindi.
Mbappe cari mövsümdə Liqa 1-də 18 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Çempionlar Liqasında isə 21 yaşlı oyunçu 5 dəfə rəqib qapılarına yol tapıb.
Fanat.Az