09:00 27.04.2020 1314

Dünyanın ən yaxşı futbolçularını kəşf edən 9 mütəxəssis - SİYAHI

Fanat.Az dünyanın ən yaxşı futbolçularını kəşf edən mütəxəssisləri təqdim edir: 

Jan Jönsson - Zlatan İbrahimoviç



Zlatan İbrahimoviçin əfsanəvi yüksəlişi "Malmö"nün akademiyasında oynayarkən 0:4 hesabı ilə geridə olduqları oyunda 8 qol vurduqdan sonra başlayıb. 6 yaşında futbola başlayan və 15 yaşında topdan uzaqlaşmaq qərarına gələn Zlatan "Malmö"də istədiyi qədər forma şansı qazana bilmədiyi üçün İsevçdəki balıq mağazalarında çalışmağa başlayıb. Jan Jönsson onu taparaq yenidən futbola qaytarıb.

Karles Reksax - Lionel Messi



11 yaşında Lionel Messiyə böyümə hormonu çatışmamazlığı diaqnozu qoyulub. Həmin vaxt gələcəyin ulduzu Argentinanın "Newell's Old Boys" klubunun akademiyasında futbolun sirlərini öyrənirdi. Argentinanın ən böyük klublarından olan "River Pleyt" onun müalicəsinə yardım etmək istəsə də, aylıq 900 dollar xərci olduğunu öyrəndikdən sonra geri çəkilib. Həmin vaxt "Barselona"nın idman direktoru olan Karles Reksax Messinin Kataloniyadıkı qohumları sayəsində onun istedadından xəbər tutur. Sonra atasına Messini baxışa gətirməyi təklif edir. Beləliklə, superulduzun "Barselona" macərası başlayır.

Cerard Hullyer - Kristianu Ronaldu



Kristianu Ronalduya 15 yaşında futboldan uzaqlaşmasına səbəb olacaq ürək döyüntüsü diaqnozu qoyulub. Həmin vaxt "Sportinq" (Lissabon) rəhbərliyi və anası onun sağalması üçün xəstəxanaya yerləşdirilməsinə razılıq verib. Bundan sonra ürəyindəki problemə səbəb olan bölgə lazer əməliyyatı ilə yandırılıb. Ronaldu 16 yaşında olanda həmin vaxt "Liverpul"a başçılıq edən Cerard Hullyer onu kəşf edir və klub rəhbərliyindən alınmasını istəyir. Amma İngiltərə klubunun rəhbərliyi Ronaldunun hələ çox gənc oluduğunu və bacarıqlarını inkifaş etdirməsinin vacibliyini bildirərək, transferdən imtina edir. 2003-cü ildə Aleks Ferqyusson tərəfindən yenidən kəşf edilən futbolçu "Mançester Yunayted"ə transfer olunub.

Jayrzinyo - Ronaldo



Ronaldo Braziliyanın ən böyük ikinci şəhəri və olduqca kasıb olan Rio-de-Janeyrodakı bir məhəllədə, 14 yaşında futbol oynayarkən millinin sabiq üzvü Jayrzinyo tərəfindən kəşf edilib. Onun sayəsində "Kruzeyro"nun akademiyasına gələn "Yekədiş" 1994-cü ildə PSV-yə transfer olub. Daha sonra "Barselona", "İnter", "Real" və "Milan" kimi klublarda oynayıb. 2011-ci ildə isə karyerasını vətənində - "Korintians"da başa vurub.

Françis Korneyo - Dyeqo Maradona



Maradona 10 yaşında "istedad ovçusu" adlandırılan Françis Korneyo tərəfindən kəşf edilib və məhəllənin komandası "Estrella Roja"da həvəskar olaraq oynamğa başlayıb. Qısı müddət sonra "Los Kebollitas"a keçib və 3 mövsümdən sonra "Argentinos Xuniors"un akademiyasına keçib. Daha sonra isə "Boka Xuniors", "Barselona", "Napoli", "Sevilya" və "Newell's Old Boys" kimi klublarda çıxış edərək dünyanın ən yaxşısı olub.

Joze Eli de Miranda - Neymar



Neymarı kəşf edən Joze Eli de Miranda (Zito) Braziliya millisinin məhşur simalarındandı. Zito ləqəbli veteran futbolçu 2009-cu ildə onun peşəkar müqavilə imzalamasını təmin edib. "Santos"da oynayarkən "Mançester Siti", "Çelsi" və "Real"ın itədiyi Neymar sonda qalmaqallı şəkildə "Barselona"ya satılıb. Daha sonra isə 222 milyon avro qarşılığında PSJ-yə keçərək dünyanın ən bahalı futbolçusu olub.

Rod Ruddik - Qaret Beyl



16 yaşında peşəkar müqavilə imzalayan Qaret Beyl "Sautqempton"da forma geyinən ən gənc ikinci futbolçu kimi tarixə düşüb. 2013-cü ildə 101 milyon avroya "Real"a transfer olunaraq rekord vuran uelsli ulduz Rod Ruddik tərəfindən "Sautqempton"a göndərilən faksda adı yazılan 3 futbolçudan biri olub.

Luis Fernandes - Ronaldinyo



Braziliyanın Porto Alegre şəhərində əksər futbolçular kimi kasıb bir ailədə doğulan futbolun sirrlərini "Qremio"da öyrənib. Braziliya klubu onun üçün gələn təklifləri rədd etsə də, sonda Luis Fernandesin təklifinə yox deyə bilməyib və PSJ-yə satıb. Ronaldinyo daha sonra "Barselona" və "Milan" kimi böyük klublarda oynayaraq dünyanın ən yaxşısı olub.

Jean Fernandes - Frank Riberi



1989-1996-ci illərdə Fransanın "Bulon" klubunun akademiyasında oynayarkən Jean Fernandes tərəfindən kəşf edilən Riberi "Mets", "Qalatasaray" və "Marsel"də oynadıqdan sonra "Bavariya"ya üz tutub. O, karyerasının ən yaxşı dönəmini Almaniya klubunda keçirib və hazırda "Fiorentina"da çıxış edir.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
13:20

Azərbaycanın U-18 yığması AÇ-niun pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

Facebookdan bizi izləməyi unutmayın.
X