"Athletic" İngiltərə Premyer Liqasında 2019-20 mövsümünün rəmzi heyətini və ən yaxşı oyunçusunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne mövsümün ən yaxşı futbolçusu seçilib. Belçikalı futbolçu "Liverpul"un oyunçuları - Trent Aleksander-Arnold, Vircil van Deyk, Sadio Mane və Cordan Hendersonu, o cümlədən "Lester"in hücumçusu Ceymi Vardini qabaqlayıb.
Mövsümün rəmzi heyətinə "Lester"in türkiyəli futbolçusu Çağlar Söyüncü də düşüb. Britaniya nəşrinin versiyasına görə, "ilk 11-lik"də bu oyunçular yer alıb:
Qapıçı: Alison Bekker ("Liverpul");
Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Deyk, Endryu Robertson (hamısı "Liverpul"), Çağlar Söyüncü ("Lester");
Yarımmüdafiəçilər: Kevin De Bröyne ("Mançester Siti"), Cek Qriliş ("Aston Villa"), Cordan Henderson ("Liverpul");
Hücumçular: Sadio Mane, Məhəmməd Salah (hər ikisi "Liverpul"), Ceymi Vardi ("Lester").
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol