Almaniya Bundesliqasında mövsümün bərpası mayın 9-na planlaşdırılmışdı.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, çempionatın bərpası mayın 16-na təxirə salına bilər.
Almaniyada məhdudiyyətlərin yüngülləşdirilməsindən sonra koronavirusa yoluxan xəstələrin sayında artım müşahidə olunur. Bu səbəbdən hökumət karantin tədbirlərini yenidən gücləndirə bilər. Belə olan halda, mövsümün planlaşdırılan tarixdə başlaması mümkün olmayacaq.
Bundesliqa klubları artıq məşlərə başlayıblar. Hazırda kansler Angela Merkelin məsələ ilə bağlı yekun qərarı gözlənilir.
Qeyd edək ki, daha əvvəl Almaniyanın baş viroloqu və polis rəisi Bundesliqanın bərpasının əleyhinə olduqlarını bildirmişdilər.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol