Koronavirus pandemiyasının vurduğu maddi ziyanı aradan qaldırmaq istəyən "Qalatasaray" rəhbərliyi islahatlara hazırlaşır.
Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, İstanbul klubu hazırda 68 milyon avro olan illik maaş büdcəsini 50 milyon avroya salmaq niyyətindədi. Bu məqsədlə yayda 8 futbolçunun satılması və büdcəyə 136 milyon lirə (18 milyon avro) qənaət edilməsi nəzərdə tutulub.
Artıq gedəcək futbolçular da bəllidi. Müqaviləsi başa çatacaq Selcuk İnan, Mariano, Yuto Naqatomo yanaşı, icarə əsasında komandanın formasını geyinən Jean Maykl Seri və Florin Andone də yola salınacaq. Bundan başqa başqa klublara icarəyə verilmiş Mbaye Diagne, Rayan Babel və Maykonla vidalaşılacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol