İtaliya A Seriyasının yayım hüququ məsələsinin həllinə həsr olunmuş iclas keçirilib.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, İtaliya çempionatında çıxış edən bütün komandalar toplantıda mövsümün bərpa olunması fikrini dəstəkləyiblər. Bu səbəbdən A Seriyasının vaxtından əvvəl başa çatmasının ehtimal daxilində olmadığı bildirilir.
Daha əvvəl İtaliyada karantin rejimi yumşaldılmış, mayın 4-dən fərdi, 18-dən isə komanda məşqlərinə icazə verilmişdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol