İngiltərə Premyer Liqasında 2020-21 mövsümünün bütün matçları boş tribunalar önündə oynanıla bilər.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, hazırda İPL klubları növbəti mövsümün tamamilə azarkeşlərsiz keçirilməsi variantını müzakirə edir, qərarın mümkün nəticələrini təxmin etməyə çalışırlar. Klublar koronavirus əleyhinə peyvənd tapıldıqdan sonra futbolun normal vəziyyətinə qayıdacağına inanırlar. Mütəxəssislərin fikrincə, vaksin ən yaxşı ehtimalla 2021-ci ilin ortalarında tapıla bilər.
PL təmsilçiləri gəlirlərin azalmasının qaçılmaz olduğunu başa düşdükləri üçün yeni transferlərə mümkün qədər az büdcə ayırmaq barədə düşünürlər.
İngiltərə çempionatına 13 martda fasilə verilmişdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol