İkinci Bundesliqada çıxış edən "Dinamo Drezden" klubunun iki oyunçusunda koronavirus aşkarlanıb.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, komanda üzvləri 14 gün karantində olacaqlar. Bu səbəbdən 26-cı tur çərçivəsində 17 mayda oynanılmalı olan "Hannover" - "Dinamo Drezden" matçı təxirə salınacaq.
Bu məsələ Ikinci Bundesliqanın bərpasını təhlükə altına atıb. Növbəti həftənin əvvəlində Almaniya Futbol İttifaqının keçirəcəyi iclasda çempionatın gələcəyinin müzakirə olunacağı bildirilir.
"Dinamo" hazırda turnir cədvəlinin sonuncu sırasında qərarlaşıb. Komanda çempionatda qalmağa imkan verən 15-ci pillənin 4 xal uzaqlığındadı.
Qeyd edək ki, ikinci Bundesliqa 16 mayda bərpa olunmalıdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol