"Atalanta"nın yarımmüdafiəçisi Andrea Rinaldi vəfat edib.
Fanat.Az xəbər verir ki, beyin anevrizmasından əziyyət çəkən Rinaldi xəstəxanada dünyaya gözlərini yumub. "Atalanta"nın bəyanatında qeyd olunub:
"Aramızdan erkən ayrılmamaq üçün sona qədər mübarizə apardın. Əlvida, Andrea".
Rinaldi "Atalanta"nın yetirməsi idi. O, cari mövsümü icarə əsasında D Seriyasında çıxış edən "Lenyano" klubunda keçirmişdi.
Rinaldi iyunun 23-də 20-ci doğum gününü qeyd edəcəkdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol