"Beşiktaş"ın daha 8 üzvü koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, klubun bazasında bütün futbolçular, məşqçi heyəti və bazanın işçiləri koronavirus testi veriblər. Testin nəticəsi 8 nəfərdə müsbət çıxıb. Onların dərhal müalicəsinə başlanılıb. Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb.
Qeyd edək ki, daha öncə "Beşiktaş"ın iki üzvü koronavirusa yoluxub. Türkiyə Super Liqasının iyunun 12-də bərpa olunacağı açıqlanıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol