İngiltərə millisinin sabiq kapitanı Devid Bekhem "Tottenhem"in stadionunu ziyarət edib.
Fanat.Az xəbər verir ki, Bekhemi baş məşqçi Joze Mourinyu müşayiət edib. İngilis futbolçu "Tottenhem Stedium"u çox bəyəndiyini bildirib.
Söhbət zamanı Mourinyu Bekhemin fiziki formasına diqqət çəkib: "Şanslı olduğunu deməliyəm. Çünki sən, karyerasını başa vurduqdan sonra hələ də futbolçu kimi görünən nadir şəxslərdən birisən. Əksər oyunçular futbolla vidalaşdıqdan sonra bel, diz və ayaq biləyi problemləri yaşayırlar. Bizim komandanın futbolçuları da karyeralarını bitirdikdən sonra belə olacaqlar".
"Tottenhem Stedium" 2019-cu ilin aprel ayında istifadəyə verilib.