İtaliyanın "Breşiya" klubu ilə məşqlərə çıxmayan və bu səbəbdən müqaviləsinə xitam verilən Mario Balotelli "Qalatasaray"a keçə bilər.
Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, italiyalı forvardın meneceri Mino Raiola İstanbul klubunun rəhbərliyi ilə əlaqə saxlayıb və onu türklərə təklif edib. "Qalatasaray" üçün sürpriz hesab edilən təkliflə bağlı yekun qərarı baş məşqçi Fatih Terim verəcək.
İtaliya mətbuatı isə Balotellinin "Qalatasaray" keçməyə yaxın olduğunu yazır.
Qeyd edək ki, karyerası ərzində İtaliyanın "Lumezzane", "İnter", "Milan", "Berşiya", İngiltərənin "Liverpul", "Mançester Siti", Fransanın isə "Nitsa" və "Marsel" klublarında çıxış edib, İtaliya millisində forma geyindiyi 36 matçda 14 qola imza atıb. 29 yaşlı hücumçu bu mövsüm "Breşiya"nın formasında meydana çıxdığı 19 oyuna 5 qol vurub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol