"Mançester Yunayted"in 2017-ci ilin aprel ayında "Çelsi" ilə oynadığı matçı (2:0) izləyənlər Ander Errera - Eden Azar mübarizəsini yaxşı xatırlayar. Sözügedən oyunda "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyu ispan futbolçuya belçikalı ulduzla birə-bir oynamağı tapşırmışdı və bu plan kifayət qədər uğurlu alınmışdı.
Fanat.Az xəbər verir ki, PSJ-nin yarımmüdafiəçisi Ander Errera Adam Kraftonla söhbəti zamanı həmin görüşü xatırlayıb:
"Joze də, mən də o vaxt Azarın Premyer Liqada ən yaxşı oyunçu olduğunu bilirdik. Odur ki, qələbə qazanmaq istəyirdiksə, topa ona çatmamalı idi, ya da ən azından mümkün qədər az topa təmas etməli idi. Mourinyu ilə əvvəlcədən bu barədə razılaşmışdıq. Mən demişdim: "Azarla birə-bir oynamaq lazım gəlsə, mən hazıram. Onu hər yerdə izləyəcəm. Hamama getmək istəsə, onunla birlikdə gedəcəm, çünki mən qələbə qazanmaq istəyirəm".
Futbolda mənim üçün ən önəmli şey komandamın qalib gəlməsidi. Ancaq onda rahat yatıram. Qələbə qazanmaq üçün qaydalar daxilində olan hər şeyi etmək olar".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol