İtaliyada futbol mövsümü bərpa olunub.
Fanat.Az xəbər verir ki, ölkə kubokunun yarımfinalı çərçivəsində "Yuventus” öz meydanında "Milan”la cavab oyununa çıxıb. Görüşdə Ronaldunun penaltini boşa verməsi və milanlıların azlıqda qalması həyacanverici olsa da, qapılara qol vurulmayıb. İlk qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılan "Qoca sinyora" səfətdə vurduğu qol sayəsində həlledici matçda oynamaq imkanı qazanıb.
Yarımfinal mərhələsinə sabah keçiriləcək "Napoli” – "İnter matçı ilə yekun vurulacaq. Bu komandaların ilk duelində "Napoli” qalib gəlib – 1:0.
12 iyun
"Yuventus" - "Milan" - 0:0
Qırmızı vərəqə: Rebiç, 17 ("Milan")
16-ci dəqiqədə Kriştianu Ronaldu penaltini qola qola çevirə bilməyib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol