Bu həftə bərpa olunan Türkiyə Super Liqasında XXVII turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün turun daha 3 qarşılaşması baş tutacaq.
İlk oyunda "Gənclərbirliyi" "Konyaspor"u qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19.30-da start götürəcək. Meydan sahibləri 26 turdan sonra 28 xalla turnir cədvəlinin 13-cü, qonaqlar 26 xalla 14-cü pilləsində qərarlaşıb.
Sonuncu dəfə martın 15-də meydana çıxan "Qalatasaray" 91 gün sonra keçirəcəyi ilk matçda "Rizəspor"un qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. 26 oyunda 50 xal toplayan "Qalatasaray" 27 oyun keçirmiş liderlər - "Trabzonspor" və "Başakşəhər"dən 6 xal geri qalır. "Rizəspor"un isə 25 xalı var və 16-cı yeri tutur.
Eyni saatda başlayacaq digər görüşdə "Qaziantep" "Ankaragücü"nü qəbul edəcək. Qaziantep təmsilçisi 32 xalla 10-cu, Ankara klubu 23 xalla 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bundan əvvəl XXVII turun 5 matçı baş tutub. "Fənərbağça" doğma meydanda "Kayserispor"u 2:1, "Başakşəhər" "Alanyaspor"u qəbul 2:0, "Trabzonspor" səfərdə "Göztəpə"ni 3:1, "Kasımpaşa" "Yeni Malatyaspor"u 2:1 hesabı ilə yenib. "Beşiktaş" isə evdə "Antalyaspor"a uduzub - 1:2. Tura sabah keçiriləcək "Sivasspor" - "Dənizlispor" görüşü ilə yekun vurulacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol