"Qalatasaray” iki ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisinin qapıçısı Fernando Muslera uzun müddətə sıradan çıxıb.
Qolkiper Türkiyə Superliqasının 27-ci turu çərçivəsində qarşılaşdıqları "Rizəspor”la səfər oyununda ağır zədə alıb. Uruqvay millisinin üzvü matçın 15-ci dəqiqəsində rəqib hücumçu Milan Şkoda ilə toqquşma zamanı zədələnib. Həkimlərin köməyi ilə meydanı tərk edən təcrübəli qapıçı xəstaxanaya aparılıb.
Ətraflı müayinələrdən sonra Musleranın sağ ayağında iki yerdə sınıq aşkarlanıb. 33 yaşlı qolkiperin təxminən 6 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
"Qalatasaray” 0:2 hesabıyla uduzduğu matçda daha bir futbolçusunu itirib. Rumıniyalı Florin Andone oyunun 70-ci dəqiqəsində sağ ayağından aldığı zədə üzündən 72-ci dəqiqədə Belhanda ilə əvəzlənib. 27 yaşlı futbolçunun da zədəsinin ciddi olduğu bildirilir. İngiltərənin "Brayton” klubundan icarəyə götürülən forvard bir müddət məşq edə bilməyəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol