Ukrayna Premyer Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, liqanın 27-ci turunda "Aleksandriya"nı 3:2 hesabı ilə məğlub edən Donetsk təmsilçisi çempionluğunu rəsmiləşdirib. "Şaxtyor" sona 5 tur qalmış ən yaxın izləyicisi olan Kiyev "Dinamo"sundan 19 xal öndədi.
Donetsklilər 13-cü dəfə Ukrayna çempionu olub. Bu həm də komandanın ardıcıl 4-cü çempionluğudu.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol