"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi Ruben Selles karyerasını İspaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə ispan mütəxəssis özü məlumat verib.
Selles bildirib ki, "Valensiya"nın U-18 komandasının baş məşqçisi təyin olunub. 37 yaşlı məşqçi gələcəkdə "Valensiya"nın əsas komandasının baş məşqçisi olmaq istədiyini bildirib: "Rəhbərliklə belə razılığa gəldik ki, gələcəkdə şərait yaranarsa, problemsiz irəliyə doğru addım ata bilərəm. İndi isə səbirsizliklə "Valensiya"nın istedadlı gəncləri ilə işləməyi gözləyirəm".
Qeyd edək ki, R.Selles 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da baş fiziki hazırlıq üzrə məşqçi qismində fəaliyyət göstərib. O, son olaraq Danimarkanın "Orxus" klubunda çalışıb.
Fanat.Az