"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Barselonadadır.
Fanat.Az "Marca”ya istinadla xəbər verir ki, 49 yaşlı futbol mütəxəssisi klubunu dəyişdirmək istəyən "Barselona"nın hücumçusu Lionel Messi ilə görüş təyin edib.
Bundan əvvəl argentinalı "Mançester Siti"də oynamaq istədiyi və "şəhərlilərinsə” forvardın digər klublardan gələn təklifləri rədd edəcəyinə inandıqları bildirilmişdi.
Fanat.Az