Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray" yeni futbolçu ilə gücləndirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Stok Siti" klubuna məxsus Oqenekaro Etebonu icarəyə götürüb. Bu gün İstanbula gələn nigeriyalı hücumçu tibbi müəyinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Oqenekaro Etebo ötən mövsümün ilk yarısında "Stok Siti"də, ikinci yarısında icarə əsasında İspaniyanın "Xetafe" klubunda çıxış edib. 24 yaşlı forvard Nigeriya millisində keçirdiyi 13 oyunda bir qol vurub.
Onu da qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.
Fanat.Az