Türkiyə çempionu "Başakşəhər” klubu Mərakeş əsilli belçikalı ulduz futbolçu Naser Şadlini transfer etməyə hazırlaşır.
Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, klub rəsmilərinin sözlərinə görə, 31 yaşlı yarımmüdafiəçi bu gün İstanbula gələcək. İstanbulda tibbi müayinədən keçdikdən sonra Naser Şadli ilə iki illik müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, N.Şadli karyerasında "Tvente”, "Tottenhem”, "Monaco” və "Anderlext” kimi klubların formasını geyinib.
Naser Şadli karyerasına 2007-ci ildə Niderlandın "Apeldoorn" klubunda başlayıb. 2010-cu ildə 400 min avro qarşılığında "Tvente"yə keçən futbolçu 3 il sonra 8.15 milyon avroya "Tottenhem"ə transfer olunub. 2016-cı ildə "Vest Bromviç onu 15.2 milyon avroya alıb. 2 il sonra 12 milyon avroya "Monako"ya keçən futbolçu 2019/20 mövsümündə icarə əsasında "Anderlext"də çıxış edib. 2010-cu ildə Mərakeş millsində 1 oyuna çıxan Naser Şadli 2011-ci ildən çağırıldığı Belçika yığmasında 59 oyunda 8 qol vurub.
Fanat.Az