"Çelsi"nin fransalı hücumçusu Olivye Jiru "Yuventus"la müqavilə bağlamağa hazırdı.
Fanat.Az xəbər verir ki, informasiyanı "Get French Football News" yayıb.
Mənbə Turin təmsilçisinin forvarda 2 illik anlaşma təklif etdiyini vurğulayıb. London klubu Jiruya görə 5 milyon avro istəyirsə, hücumçu sözləşməni rəsmiləşdirəcəyi halda, 2 il ərzində 9 milyon avro qazanacaq.
Olivye "Çelsi"yə 2018-ci ilin yanvarında London "Arsenal"ından keçib. Həmin vaxt "zadəganlar" fransızın klubuna 17 milyon avro ödəyib. Ön xətt oyunçusunun "Çelsi" ilə olan müqaviləsinin müddəti 2021-ci ilə qədərdi.
Fanat.Az