Mohamed Salah növbəti xeyirxahlığı ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, o, şərəfini qoruduğu "Liverpul"un ev oyunlarını keçirdiyi "Enfild" stadionunun yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində evsiz kişiyə yardım edib.
Bunu "The Sun"a (San) qəzetinə 6 ildi küçədə yaşayan Devid Kreyq deyib. 50 yaşlı kişi baş verənlər haqda belə danışıb:
"O, böyük ürəyə sahib insandı. Salah mənə sataşan bir qrup gəncə "bir neçə müddətdən sonra onun yerində siz də ola bilərsiz" dedi. Yaşadıqlarımın qarabasma olmadığını Mo mənə 100 avro uzadanda anladım. İnanın ki, gözümdə çox böyük qəhrəmandı. Ona minnətdaram".
Fanat.Az