"Mançester Yunayted"in yarımmüdafiəçisi Xuan Mata Səudiyyə Ərəbistanından aldığı sərfəli təklifi geri çevirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
Sözügedən ölkənin adı açıqlanmayan klubu öncə ispan futbolçuya illik 16 milyon dollar əməkhaqqı ilə çağırış edib. Matadan "yox" cavabı alandan sonra isə məbləğ 20 milyon avroya qaldırılıb. Ancaq 32 yaşlı oyunçu karyerasını yüksək səviyyəli çempionatda davam etdirməkdə qərarlı olduğunu bildirərək ağlasığmaz maaşdan vaz keçib.
Qeyd edək ki, Mata 2014-cü ildə MY forması geyinir. Bu mövsüm İngiltərə Liqa Kubokunda çıxdığı 2 oyunda 2 qol və məhsuldar ötürmə ilə yadda qalan İspaniya millisinin üzvü çempionat matçında gözə dəyməyib.
Fanat.Az