"Arsenal"da Premyer Liqa və Avropa Liqası matçlarında oynamaq şansı qazanmayan Mesut Özil qış fasiləsində komandanı tərk edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
"Daily Star"ın məlumatına görə, türk əsilli futbolçu ABŞ-a üz tutacaq. Onunla MLS təmsilçisi "DC United"in yaxından maraqlandığı bildirilir. Mesut böyük ehtimalla bu kluba keçəcək.