"Trabzonspor"un yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Eddi Nyutonla yollarını ayıran Super Liqa klubu Tamer Tuna ilə anlaşıb. Klubun tezliklə bu barədə rəsmi açıqlama yayacağı deyilir.
Qeyd edək ki, Super Liqanın 7 turunda 1 qələbə qazanıb, 2 heç-heçə edən və 4 dəfə məğlub olan "Trabzonspor" 5 xalla 19-cu pillədə qərarlaşıb.
44 yaşlı Tamer Tuna məşqçi karyerası ərzində "Çanakkale Dardanelspor", "Göztəpə", "Sivasspor" və "Antalyaspor" klublarını çalışdırıb. O, 1999-2001-ci illərdə futbolçu kimi "Trabzonsor"un formasını geyinib.