"Mançester Yunayted" baş məşqçi axtarışına başlayıb.
Fanat.Az "Evening News"a istinadən xəbər verir ki, "qırmızı-şeytanlar" artıq Maurisio Poçettinonun nümayəndələri ilə əlaqə saxlayıb. Premyer Liqa klubu hazırkı baş məşqçi Ule-Qunnar Şulşeri 48 yaşlı argentinalı mütəxəssislə mütəxəssislə əvəzləmək istəyir.
"Mançester Yunayted" norveçli baş məşqçinin rəhbərliyi altında Premyer Liqada 6 oyunda 7 xal toplayıb və 15-ci pillədə qərarlaşıb. Komanda ötən gn Çempionlar Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Başakşəhər"ə 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, əvvəllər İspaniyanın "Espanyol" və İngiltərənin "Sautqempton" klublarını çalışdırmış Maurisio Poçettino 2014-2019-cu illərdə "Tottenhem"ə başçılıq edib. Komanda onun rəhbərliyi altında 2014/15 mövsümündə Liqa Kubokunda, 2018/19 mövsümündə isə Çempionlar Liqasında final oynayıb.