"Barselona"nın prezident seçkiləri keçirəcəyi tarix bəlli olub.
Fanat.Az "Marca"ya (Marka) istinadən xəbər verir ki, dünən baş tutan klubdaxili toplantıda gələn ilin yanvar ayının 24-də yeni başqanın kimliyini müəyyənləşdirilməsi qərara alınıb.
Kataloniya klubu gələn həftə şəhər rəhbərliyi ilə seçkinin prosedur qaydalarıyla bağlı danışıqlara başlayacaq. Hazırda bu postu tutmaq üçün qeydiyyatdan 7 namizəd keçib. Bunlar Xavi Vilajoana, Viktor Font, Toni Freyşa, Jordi Farre, Aqusti Benedito, Pere Riera və Luis Fernandes Aladır. Hərçənd potensial prezidentlərin siyahısı genişlənə də bilər.
Qeyd edək ki, "Barsa"nın sabiq prezidenti Jozep Bartomeu oktyabrın sonlarında istefa verib. Hazırda Bartomeunu müvəqqəti olaraq Karles Tuskets əvəzləyir.
Fanat.Az