"Real"ın simvollarından hesab olunan Serxio Ramos komandanı tərk edə bilər.
Fanat.Az xəbər verir ki, Madrid klubu ilə müqavilə müddətini uzatmayan 34 yaşlı mərkəz müdafiəçisinin yayda başqa kluba keçəcəyi ilə bağlı xəbərlər yayılıb.
İngiltərə mətbuatının məlumatına görə, gələn yay sözləşməsi başa çatacaq Ramos müqaviləsinin bitməsinə 6 ay qalmış - yanvarda başqa klubla danışıqlar apara biləcək. Onu heyətinə qatmaq istəyən əsas klub isə PSJ-di. Paris klubu futbolçu ilə qışda danışıqlara başlamaq niyyətindədi.
Məlumatda bildirilir ki, PSJ-nin sahibi Nassir Əl-Xəlifə Ramos üçün fədakarlığa hazırdı.
Qeyd edək ki, Ramos 2005-ci ildə "Sevilya"dan "Real"a 27 milyon avroya transfer olunub. Futbolçu 15 il ərzində "Kral Klubu" ilə 22 kubok (La Liqa - 5, Kral Kuboku - 2, İspaniya Super Kuboku - 4, Çempionlar Liqası - 4, Avropa Super Kuboku - 3, kulblararası dünya çempionluğu - 4 dəfə) qazanıb.