"Liverpul"un və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karrager Pol Poqbadan danışıb.
Fanat.Az xəbər verir ki, Karrager "Sky Sports"a açıqlamasında belə deyib:
"MY Poqbadan qurtulmalıdır. Artıq 12 aydır ki, eyni sözləri deyirəm. O, layiq olduğundan artıq dəyər almış biridir. Həyatımda gördüyüm ən şişirdilmiş futbolçudur. Hara gedəcəyini bilmirəm. Ancaq "Real" və ya "Barselona" onu transfer etsə, dəhşətə gələrəm. Özünüz aldatmayın, bu oyunçu heç Ole-Qunnar Sulşerə də lazım deyil. Ondan və agentindən canlarını uğurla qurtarmağın yollarını arayırlar. Sulşer başqalarına istirahət vermək lazım gələndə əlacsızlıqdan Poqbanı oynadır".
Fanat.Az