İki həftə əvvəl vəfat edən Dieqo Maradonanun şəkili pulun üzərinə vurulacaq.
Fanat.Az xəbər verir ki, bununla bağlı millət vəkili Norma Duranqo Argentina parlamentinə qanun layihəsi təqdim edib. Deputat bildirib ki, qanun layihəsinə əsasən Maradonanın şəkili yeni çap olanacaq 1000 pesoluq banknotlarda və xatirə pullarında yer alacaq.
Argentina mətbuatının məlumatına görə, əskinasın üz hissəsində Maradonanın üzünün portireti, arxa hissəsində onun Argentinanın çempion olduğu DÇ-1986-da İngilətəyə vurduğu ikinci qolun təsviri olacaq.
Məsələ ilə bağlı açıqlama verən Norma Duranqo "Bu qanun layihəsinin tək məqsədi idealımız olan insanın tanıtımı deyil. İqtisadi cəhətdən də gəlir əldə etməyi düşünürük. Fikrimcə, Argentinaya gələn hər turist özü ilə Maradonanın rəsmi olan pulu aparmaq istəyəcək" deyib.
Qanun layihəsinin yeni ilin ilk günlərində qəbul olunacağı gözlənilir.