Türkiyənin TFF 1-ci liqasında çıxış edən "Adana Dəmirspor"da maraqlı hadisələr baş verib.
Fanat.Az xəbər verir ki, ötən gün axşam saatlarında "Ərzurumspor"dan Ömər Şişmanoğlunu transfer etdiyini açıqlayan klub rəhbərliyi azarkeşlərin sərt etirazı ilə qarşılaşıb.
Buna səbəb futbolçunun ötən mövsüm "Ərzurumspor" forması ilə Super Liqaya vəsiqə qazandıqdan sonra sosial mediada "Adana ağlama" sözlərini yazması olub. Həmin vaxt Ömər Şişmanoğluna üzr istəsə də, adanalı fanatlar onun transferinə qarşı çıxıblar.
Etirazlardan sonra sosial mediadan açıqlama verən "Adana Dəmirspor"un prezidenti Murat Sancak rəsmi saytla sorğu keçirəcəklərini və fanatlardan "istəmrik" cavabı alacaqları halda müqaviləni pozub, Ömər Şişmanoğluna dəymiş ziyanı ödəyəcəklərini bildirib.
Qısa müddət sonra yenidən açıqlama verən Murat Sancak "Sorğuya ehtiyac yoxdu. Ömər Şişmanoğlu gəlməyəcək" deyərək istefa verdiyini açıqlayıb.