Yunes Belhanda ilə yollarını ayırmağa hazırlaşan "Qalatasaray" yeni "10 nömrə" transfer edir.
Fanat.Az xəbər verir ki, İstanbul klubu "Portu"dan Otavia da Silva Monteyronu heyətinə qatır.
Braziliyalı futbolçunun Portuqaliya klubu ilə müqaviləsi yayda başa çatacaq. 26 yaşlı yarımmüdafiəçinin "Portu"nun yeni müqavilə təklifini qəbul etmədiyi bildirilir. Onun məhz "Qalatasaray"la anlaşdığı üçün bu addımı atdığı iddia olunur. Futbolçu Türkiyədə "Portu"da aldığı maaşın iki qatır artığını alacaq.
Qeyd edək ki, "Portu" braziliyalı yarımmüdafiəçi 2014-cü ildə "İnternasyonal"dan 2,5 milyon avroya alıb. Portuqaliya təmsilçisində indiyə qədər 169 oyunda 17 qol vurub, 45 məhsuldar ötürmənin müəllifi olub. "Portu" onun üçün 60 milyon avro təzminat müəyyənləşdirib.