Bir neçə gün əvvəl Uruqvayda çayı keçmək istəyərkən yoxa çıxan "Vilyarreal”ın sabiq futbolçusu Franko Akostanın cəsədi tapılıb.
Fanat.Az xəbər verir ki, bu barədə ispan klubunun mətbuat xidməti məlumat yayıb.
Akosta, Kanelones departamentində qardaşı ilə çayı keçmək istəyərkən, yoxa çıxmışdı. İki gün davam edən axtarışlar nəticəsində dünən 25 yaşlı mərhum hücumçunun cəsədi Pando çayında tapılıb.
Qeyd edək ki, 2018-2020-ci illər aralığında "Vilyarreal”da çıxış edən Akosta 2020-ci ilin yayından Uruqvayın "Atenas” komandasının formasını geyinirdi.
Fanat.Az