Bir müddətdir tanınmış türk aktyor Can Yaman ilə İtaliyanın məşhur idman aparıcısı Diletta Leottanın eşq yaşadığı iddia olunur. Xanım aparıcı ilə fotosunu yayımlayan Yamanın paylaşımı İtaliya mətbuatında gündəm olmuş və onların arasında sevg münasibəti olduğu yazılmışdı.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə gün öncə sosial şəbəkə hesabında Dilettanın təyinat aldığı "Parma" - "Roma" matçını izlədiyini paylaşan Can Yaman, bu addımı ilə iddiaların doğru olduğunu təsdiqləmiş olub.
Qeyd edək ki, yaraşıqlı aktyorun xanıma evlilik təklif etdiyi də xəbərlər arasında yer alıb.