"Qalatasaray” İdarə Heyətinin sədri Eşref Hamamcıoğlu klubun prezidenti olmaq niyyətindədi.
Fanat.Az xəbər verir ki, bunu "sarı-qırmızılılar”ın nümayəndəsi özü bildirib.
Hamamcıoğlu prezident seçkilərində namizədliyini rəsmən irəli sürüb: "Mən "Qalatasaray”da yetişdim. Kim olduğumun cavabı da bu klubda bəllidi. Hər gün "Qalatasaray”la yaşayanlardanam. Bu klubu özünə qaytaracağımız tarix çox yaxındı”.
Qeyd edək ki, klubda seçkilərin mayda keçirilməsi planlaşdırılır.