"Milan"ın texniki direktoru Paolo Maldini "Çelsi"nin hücumçusu Olivye Jirunun yaxın vaxtlarda transfer ediləcəyini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, DAZN klub rəsmisinin söylədiklərini belə çatdırıb:
"Hə, Jiru sabah gəlməlidir. Olivye həm yığmada, həm də oynadığı klublarda böyük uğurlara imza atmış çempiondur. O, etibarlı futbolçudur. Bizə məhz beləsi lazımdır. "Milan"ın heyəti gənc olduğu üçün Jiru kimi təcrübəli oyunçuya ehtiyacımız var".
Nihat