"Tottenhem" klubu məşqlərə qatılmayan hücumçu Harri Keyni (Harry Kane) cəzalandıracaq.
Fanat.Az xəbər verir ki, məlumatı "The Telegraph" yayıb.
Xəbərə görə, futbolu cərimələnəcək və bu addımını davam etdirdiyi müddətdə cərimənin məbləği artırılacaq.
Ancaq "Football.London" yazır ki, 28 yaşlı hücumçu məşqlərə qatılmamaqda israrlıdır.
Qeyd edək ki, İngiltərə kubu bu yay futbolçuya azad agent olacağına söz vermişdi. Lakin klub onun "Mançester Siti" keçidini yubatdığını düşünən Keyn "Tottenhem"i boykot edərək təlim-məşq toplanışına qoşulmayıb.
Qeyd edək ki, 28 yaşlı hücumçu ötən mövsüm İngiltərə Premyer Liqasında 35 oyun keçirib və 23 qola imza atıb.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol