Dünyaca məşhur "Oasis" musiqi qrupunun solisti Liam Qallaher "Mançester Siti"nin Cek Qrilişi (Jack Grealish) transfer etməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, klubun qatı azarkeşi olan britaniyalı rok-n-roll ifaçısı futbolçunun transfer qiymətinin 100 milyon funt sterlinq olmasına etiraz edib.
O, şəxsi "Twitter" səhifəsində "Zəhirmara qalmış 100 milyon funt! Əgər belədirsə, onda bizim Fil Foden (Phil Foden) 500 milyondan da bahadır!"
Qeyd edək ki, Cek Qriliş bu həftə "Mançester Siti" futbolçusu olaraq ictimaiyyətə təqdim olunacaq.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol