"Mançester Siti"nin zədəli futbolçusu Fil Fodenin son durumu bəlli olub.
Fanat.Az "Sky Sport"a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.
İngilis futbolçu AVRO-2020-də İtaliya ilə final matçı öncəsi məşq zamanı ayağını yükləyib. Həkimlər zədənin düşünüldüyündən daha ciddi olduğunu bildirib.
Beləliklə, Foden Premyer Liqada "Tottenhem", "Norviç" və "Arsenal"la görüşləri buraxmalı olacaq. Eyni zamanda İngiltərə millisinin DÇ-2022-nin seçmə oyunları çərçivəsində Macarıstan, Andorra və Polşa ilə 2022-ci il dünya çempionatının seçmə oyunlarını da iştirak etməyəcək.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol