İngiltərə Premyer Liqasının VIII turunda "Everton" doğma meydanda "Vest Hem"i qəbul edib. Oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.
Fanat.Az "Bt Sport" saytına istinadən xəbər verir ki, "Everton"un qapıçısı Cordan Pikford (Jordan Pickford) oyundan öncə maraqlı hərəkəti ilə diqqəti cəlb edib.
Belə ki, 27 yaşlı qolkiper penalti zərbələri zamanı qapını toxunulmaz saxlamaq üçün "şparqalka" hazırlayıb. Rəqib komandanın futbolçularının penalti zərbəsini qapının hansı bucağına vuracağı ilə bağlı sxem çəkib və su qabının üzərinə yapışdırıb.
Fotoqraflar isə bunu dərhal o anı kadra alıblar.
Xatırladaq ki, "Everton" İPL-in turnir cədvəlində 14 xalla 8-ci yerdə qərarlaşıb.
Emin Şəmsiyev