"Everton"un yarımmüdafiəçisi Dele Alli karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sportitalia" yayıb.
Mənbə Allinin icarə əsasında "Beşiktaş"a keçəcəyini və 2022/2023 mövsümündə İstanbul klubunun uğurları üçün çalışacağını bildirib. Xəbərdə "qartallar"ın sonradan 7 milyon avro ödəyərək sözügedən futbolçunu transfer etmək hüququna sahib olacağı da vurğulanıb.
Qeyd edək ki, Allinin "Everton"la olan müqaviləsinin müddəti 2024-cü ilə qədərdir.
Nihat