"Mançester Yunayted"in sabiq futbolçusu Roy Kin Çempionşip klubunu çalışdıra bilər.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, o, "Vest Bromviç"in "sükanı arxası"na keçməyə hazırlaşır.
Roy Kin Stiv Brüsün vəzifəsindən kənarlaşdırılmasından sonra vakant olan baş məşqçi vəzifəsinə əsas namizəddir.
"Vest Bromviç" hazırda Çempionşipdə yarışır və liqadan düşmə zonasında - 22-ci yerdədir.
Kin məşqçilik karyerasına 2019-cu ildən fasilə verib. Buna qədər o, "Sanderlend", "İpsviç" klublarını və İrlandiya millisini çalışdırıb, "Aston Villa" və "Nottingem Forest"də isə köməkçi məşqçi olub.
Mirağa