"Bayern Münhen"in prezidenti Herbert Hayner komandanın Almaniya çempionatında çıxışından narazılığını bildirib.
Fanat.Az xəbər verir ki, klub funksioneri bu barədə "Blickprunt Sport"un efirində danışıb.
“Çempionlar Liqasında yaxşı çıxış edirik və 3 oyunun hamısında, üstəlik, çətin rəqiblər olan “İnter” və “Barselona”ya qalib gəldik. Amma Bundesliqadakı nəticələr bizi qətiyyən qane etmir. Doqquz matçda dörd qələbə "Bayern"in hədəflədiyi şey deyil. Ona görə də Bundesliqada dərhal xal qazanmalıyıq ki, yenidən zirvəyə qalxaq.
Komanda daha stabil olmalıdır. Biz bu işdə kifayət qədər yaxşı deyilik. Bu, bezdiricidir və üzərində işləməliyik. Baş məşqçi Yuliyan Naqelsmanna etibar edirik. Buna görə onunla beş illik müqavilə bağlamışıq".
"Bayern Münhen" 9 turdan sonra 16 xalla hazırda Bundesliqanın turnir cədvəlində 3-cü yerdədir.
Mirağa