Seneqal millinin baş məşqçisi Aliu Sisse ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
Çalışdırıcı seneqallılara 2015-ci ildən rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2021-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub. İki il əvvəl Sissenin komandası yarışı ikinci yerdə başa vurub.
Aliu məşqçilik karyerası ərzində yalnız bir kluba - Fransa "Luan Kuizo"yasına rəhbərlik edib. Bundan sonra o, doğma milli komandasında müxtəlif vəzifələrdə çalışıb.
Mirağa